İtalyan geyim şəbəkəsi "OVS" bu ölkədə mağazalar açacaq | Banco.az

İtalyan geyim şəbəkəsi "OVS" bu ölkədə mağazalar açacaq

Müəllif, Mehin Qasımova 

1972-ci ildə İtaliyada əsası qoyulan və bütün dünyada kütləvi bazar seqmentində 2000 mağazası olan "OVS" geyim brendi noyabr ayında Rusiyada  ilk mağazasını  açacaq.

Banco.az xəbər verir ki, bu barədə “Kommersant” qəzetinə obyektin sahibi olan “Crocus Group” məlumat verib.

Məlumata görə,  ilin sonuna qədər brendin yeddi, 2025-ci ilin sonuna isə 50 mağaza açılacaq.

Qeyd edək ki,  "OVS" qrupu özünü İtaliyada qadın, kişi və uşaq geyimlərinin ən böyük pərakəndə satıçısı adlandırır. 

"OVS" ilə yanaşı, qrupun mağazalarında UPIM və Stefanel markaları da satılır. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et