İtaliyanın 2023-cü il üzrə artım proqnozu aşağı salınıb | Banco.az

İtaliyanın 2023-cü il üzrə artım proqnozu aşağı salınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtaliya iqtisadiyyatının gələn il üzrə artım proqnozu 1,9 faizdən 0,4 faizə endirilib.

Banco.az xəbər verir ki, İtaliya Milli Statistika İnstitutu (ISTAT) ölkə iqtisadiyyatının 2023-cü ilə dair artım proqnozunu dərc edib.

Beynəlxalq ticarətin zəifləməsi, qiymət artımı və məhdudlaşdırıcı pul siyasətinin davam etməsini ehtimalı nəzərə alınaraq irəli sürülən bu proqnoza görə, gələn il İtaliya iqtisadiyyatı 0,4 faiz böyüyəcək.

Xatırladaq ki, ildə iki dəfə dərc olunan hesabatın iyun buraxılışında İtaliya iqtisadiyyatının 2023-cü ildə 1,9 faiz artacağı proqnozlaşdırılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et