İtaliyalı enerji şirkəti "BP"nin Əlcəzairdəki iki böyük qaz yatağını satın alıb | Banco.az

İtaliyalı enerji şirkəti "BP"nin Əlcəzairdəki iki böyük qaz yatağını satın alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Eni” şirkəti “BP”nin Əlcəzairdəki iki böyük qaz yatağını satın alıb.

Banco.az xəbər verir ki, İtaliyanın enerji şirkəti “Eni” Britaniyanın enerji nəhəngi “BP”nin Əlcəzairdəki iki böyük qaz yatağının istismarının satın alınması prosedurunu başa çatdırıb.

Bu barədə İtaliyalı şirkət rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, “BP”nin Əlcəzairdəki "In Amenas" və "In Salah" yataqlarındakı əməliyyatların alqı-satqı mərhələsi yekunlaşdırılıb.

Bəyanatda həmçinin “Eni” şirkətinin Əlcəzairdə 1981-ci ildən etibarən fəaliyyət göstərdiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram