İtaliyada "yazı vergisi" | Banco.az

İtaliyada "yazı vergisi"

İtaliyanın Verona şəhərində turistlər sevgi etiraflarını yazmağa görə 500 avroyadək cərimə olunurlar. Hökumət bu addımı atmaqla şəhərin simvollarından biri – Uilyam Şekspirin "Romeo və Cülyetta" əsərinin qəhrəmanının evinə nizamsız axının nəzarətdə saxlanılmasına nail olmaq istəyir. Bir zamanlar Dal Kapello ailəsinə məxsus olmuş "Cülyetta evi"nin həyəti çoxdan adi görməli yerdən "zəvvar" məkanına çevrilib. Hər il 2 milyondan çox sentimental turist "Cülyetta evi"ni ziyarət edərək öz diləklərini evin divarlarına həkk etməyi özlərinə borc bilirlər.

"Cülyetta evi" binanı təmir etdirmiş bələdiyyənin mülkiyyətindədir. Verona rəhbərliyi həssas insanların duyğularına anlayışla yanaşsa da, onların hisslərini ifadə etməsinin formasından razı deyil. Tez-tez Cülyettaya müraciətlər abidəyə saqqızla yapışdırılır, daha pisi isə budur ki, boya ilə yazılır. Buna görə də şəhər rəhbərliyi "Cülyetta evi"ndə və evin həyətində yazılara, məktublara, qidalara və içkilərə qadağa qoyub. Bu qaydaları kim pozsa, 25-500 avro cərimə olunur. Bələdiyyə bunun üçün hələ 2004-cü ildə müraciət etsə də, turistlərin təzyiqi ilə rastlaşmışdı. Hazırda "Mən səni sevirəm" məzmununda yazı qoymaq istəyənlər bunu "Cülyetta evi"nin girişindəki panellərdə yerləşdirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç