İtaliyada tarixi binalar satışa çıxarıldı - Qiyməti 1 avro | Banco.az

İtaliyada tarixi binalar satışa çıxarıldı - Qiyməti 1 avro

İtaliyanın cənubundakı Kampaniya vilayətində Bizaçça qəsəbəsində 90 tarixi tikili satışa çıxarılıb.

Binaların satış qiyməti 1 avro təşkil edir.

Qeyd olunur ki, bu addıma səbəb qəsəbəyə marağın artırılmasıdır. Bununla belə, binaları alan şəxslər təmir işlərini öz vəsaitləri hesabına həyata keçirməlidir.

Son illərdə 4 min nəfərdən çox sakini olan Bizaçça qəsəbəsinin əhalisinin kəskin azalmaqda olduğu deyilir.

Trend