Baxmayaraq ki, Avropanın ən böyük iqtisadiyyata malik ölkələrindən biri olan İtaliyada, yüzlərlə bank fəaliyyət göstərir, faktiki olaraq bu bazar iki hissəyə bölünür: bir tərəfdə UniCredit və İntensa Sanpaolo, digər tərəfdə bütün qalanlar. Adı çəkilən iki bankdan əlavə nəhəng maliyyə təşkilatları qismində UBI Banca, Banca Monte dei Paschi di Siena, Banco Popolare banklarının adını çəkmək olar.
Bankların əksəriyyəti bütün ölkə ərazisində deyil, bir neçə regionda fəaliyyət göstərir. Müasir bank xidmətlərinin – mobil, internet bankinq, qeyri-standart kartlar və s həvəskarı olanlar üçün isə Fineco – UniCreditə məxsus olan internet bank daha çox uyğun gələcək.
İtaliyanın maliyyə sistemində ənənəvi klassik banklardan savayı həm də koopeartiv banklar, həmçinin fiziki şəxslərin kreditləşməsi, əmanət və hesablaşma xidmətləri üzrə ixtisaslaşmış xüsusi banklar da vardır. Bu bankların adında adətən “popolare” sözünə rast gəlmək mümkündür. Bununla yanaşı Banco Popolare- belə banklardan sadəcə biridir və ən böyüyüdür. Daha dəqiq desək bu, bir neçə regional kooperativ bankın birləşdiyi qrupdur.
İtaliyada bank seçimi müştərinin əsas ehtiyaclarına əsaslanmalıdır: əgər sizə Avropa ərazisində bölmələri, törəmə şirkətləri, filialları olan böyük Avropa bankı lazımdırsa, onda yeganə variant – UniCredit-dir. Onun italyan analoqu, yəni İtaliya ərazisində daha çox əməliyyat keçirən bank isə Intesa Sanpaolo –dur.
Əgər müştərini dövlətlərarası və beynəlxalq ambisiyaları olmayan, “yerli”, regional bank qane edirsə, onda istənilən yerli banca popolare ona uyğun olacaq. Hesabla internet əməliyyatlarına, həmçinin qiymətli kağızlarla əməliyyatlara üstünlük verənlər üçün isə Fineco daha rahat ola bilər.
Qərar qəbul etməzdən öncə bankla bağlı son bir neçə ay ərzində çıxan xəbərlərə nəzər salmaqda fayda var. İtalyan bank sistemi böhrandan ciddi əziyyət çəkib ki, həmin əziyyətin təsiri hələ bu gün də özünü ayrı-ayrı banklarda biruzə verə bilər.