İtaliyada bahalaşan pizza qiymətləri şok təsiri yaradıb | Banco.az

İtaliyada bahalaşan pizza qiymətləri şok təsiri yaradıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtaliyada marqarita pizzasının hazırlanmasının qiyməti ötən bir ildə 30 faiz bahalaşıb.

Banco.az xəbər verir ki, Bloomberg Margarita Index-ə görə, marqarita pizzasının bişirilməsinin orta qiyməti dekabr ayında bir il əvvəllə müqayisədə təxminən 30 faiz artıb.

Bu rəqəm enerji və ərzaq qiymətlərinin artması səbəbindən keçən ay açıqlanan 12,3 faizlik inflyasiyadan xeyli yüksəkdir.

İndeks İtaliyanın Milli Statistika İnstitutunun və Maliyyə Nazirliyinin məlumatlarına əsaslanır ki, bura etalon un, pomidor, mozzarella pendiri və zeytun yağı kimi əsas inqrediyentlərin bahalaşması daxildir. Bununla yanaşı, evdəki elektrik sobası ilə pizza bişirmək üçün tələb olunan elektrik istehlakı da hesablamalara daxil edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram