Müəllif - Aida İsaq, Banco.az
İtaliyanın enerji şirkəti “Edison” Rusiyadan qaz alışını dayandırıb.
Banco.az xəbər verir ki, imzalanan müqavilənin 2022-ci il dekabrın 31-də başa çatması səbəbindən əməliyyatlar dayandırılıb. Bu barədə enerji şirkətinin baş icraçı direktoru Nikola Monti bildirib. Onun sözlərinə görə, ölkəsində fəaliyyət göstərən şirkətlərin Rusiya qazını tam şəkildə əvəz etməsi üçün iki-üç il zamana ehtiyac var. Bununla yanaşı, İtaliya şirkətləri arasında ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) tədarük olunması gündəmdədir. Lakin hazırda ölkədə bunun üçün lazımi reqazlaşdırıcıların olmadığı bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!