İtaliya sintetik qida məhsullarını qadağan edən ilk ölkə olacaq | Banco.az

İtaliya sintetik qida məhsullarını qadağan edən ilk ölkə olacaq

Müəllif:Mehin Qasımova/Banco.az

İtaliya sintetik qida məhsullarını qadağan edən ilk ölkə olacaq.

Banco.az xəbər verir ki,  İtaliya parlamentinin aşağı palatası sintetik qida məhsullarının istehsalı, idxalı və satışının qadağan edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsinə başlayıb. 

Qanun layihəsini dəstəkləmək üçün 2 milyondan çox imza toplanıb.Məlumata görə, dörd italiyalıdan üçü (74%) “laboratoriyada yaradılmış qida”nın yayılmasını istəmir.

Coldiretti-nin rəbəri Ettore Prandini Coldiretti-nin Avropa qurumlarını daha ayıq-sayıq olmağa çağırıb.

O, həmçinin xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının hüceyrə əsaslı qidalar üzərində apardığı araşdırmalar xəstəliklərin ötürülməsi, heyvan infeksiyaları və mikroblarla çirklənmə ilə bağlı risklərə işarə edir. 

Ən sərfəli kredit üçün müraciət et

Coldirettinin təqdim etdiyi hesablamalara görə, istehsal olunan hər 1 kq sintetik ətə görə ayrılan karbon qazının nisbəti ənənəvi heyvandarlıqdan 4-25 dəfə çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et