İtaliya sərvət fondu yaratmağa hazırlaşır | Banco.az

İtaliya sərvət fondu yaratmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtaliyada sərvət fondu yaradılacaq.

Banco.az xəbər verir ki, İtaliyanın biznes naziri Adolfo Urso strateji şirkətləri və dəyər zəncirlərini dəstəkləmək üçün suveren sərvət fondu quracaqlarını bildirib.

“Yeni yaradılacaq fond pensiya fondları, sığorta sektoru, dövlət və özəl sektor müəssisələrindən maliyyə dəstəyinin strateji şirkətlərə yönəldilməsinə kömək edəcək”, nazir qeyd edib.

Urso vurğulayıb ki, suveren fondun yaradılması haqqında qanun cümə axşamı Nazirlər Kabinetinə təqdim olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et