İtaliya Fələstin əhalisinə 35 milyon avro ayırıb | Banco.az

İtaliya Fələstin əhalisinə 35 milyon avro ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

İtaliya Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsini bərpa edəcək.

Banco.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani Fələstinin Baş naziri Məhəmməd Mustafa ilə görüşdə bildirib.

Onun sözlərinə görə, ayrılan vəsaitin 5 milyon avrosu “UNRWA”nın maliyyələşdirilməsinə, qalan 30 milyon isə İtaliyanın mart ayında təqdim etdiyi “Qəzza üçün Ərzaq” təşəbbüsünə sərf olunacaq.

Tayani vurğulayıb ki, “UNRWA” layihələrinin maliyyələşdirilməsinin bərpası, verilən vəsaitlərin terrorizmi dəstəkləmək üçün istifadə edilməməsi üçün ciddi nəzarət altında baş verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et