İtaliya “Bir kəmər, bir yol”dan niyə imtina etdi? | Banco.az

İtaliya “Bir kəmər, bir yol”dan niyə imtina etdi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İtaliya hökuməti Çinin “Bir kəmər, bir yol” layihəsindən çıxacağı ilə bağlı açıqlama verib.

Banco.az xəbər verir ki, İtaliya 2019-cu ildə Çinin ən iddialı ticarət və infrastruktur layihələrindən biri olan “Bir Kəmər-Bir Yol””layihəsinə  üzv olan yeganə böyük Qərb dövləti olub. Hətta bu addım o zamanlarda  ABŞ və digər bir neçə dövlət tərəfindən ciddi şəkildə tənqid olunmuşdu.

2013-cü ildə Çin Prezidenti Si Cinpin tərəfindən işə salınan layihə Asiya və Avropaya təxmini 1 trilyon dollar  investisiya qoymağı hədəfləyirdi.

Yeni və təkmilləşdirilmiş dəmir yolları və limanlar da daxil olmaqla Çini Avropa və Asiyanın digər hissələri ilə birləşdirməyi nəzərdə tutan layihə  ABŞ tərəfindən “borc tələsi diplomatiyası” nümunəsi kimi tənqid edilib.

Vaşinqton deyir ki, Çinin planları, ölkələrin maliyyələşdirə bilmədiyi dayanıqsız böyük layihələri əhatə edir və bu, Pekinə öz məqsədləri üçün rıçaq verir. İtaliya AB-nin 18 üzvü arasında, xüsusən də qitənin şərqində və cənubunda layihəyə üzv olan ən böyüyü idi.

İtaliya Çinə bu ilin sonuna qədər çıxacağını bildirməsə, gələn ilin mart ayında avtomatik olaraq bu barədə müqaviləsini yeniləməli idi.

İtaliyanın Çinə ixracı 2019-cu ildəki 13 milyard avro ilə müqayisədə keçən il 16,4 milyard avro təşkil edib. Əksinə, Çinin İtaliyaya ixracı eyni dövrdəki 31,7 milyard avrodan 57,5 ​​milyard avroya yüksəlib.Avrozonanın iki ən böyük iqtisadiyyatının bu layihənin üzvü olmamasına baxmayaraq, Çin Aİüzvləri Fransa və Almaniya ilə daha çox ticarət edir.

Baş nazirin müavini və Xarici İşlər Naziri Antonio Tajani isə qərarla bağlı belə izahat verib:

 "İpək Yolu bizim prioritetimiz deyil, biz gördük ki, o, arzulanan effektləri yaratmadı. Əksinə, bu layihədə yer almayanlar daha yaxşı nəticələr əldə etdilər...".

İtaliya Cüzeppe Kontenin rəhbərliyi ilə 2019-cu ilin mart ayında Romada Çin Prezidenti Si Cinpin ilə imzalanmış anlaşma memorandumu ilə bu layihəyə qoşulmuşdu.

Məqsəd, ölkəyə Avropadan kənarda böyük sərmayələr cəlb etmək və İtaliya ixracatının böyük Çin bazarına çıxışını artırmaq idi. Lakin 2021-ci ildən başlayaraq İtaliya hökuməti bu layihəyə marağı tədricən azaltdı.

Keçən il vəzifəyə gəldikdən sonra İtaliya baş naziri Georgina Meloni sələflərindən daha çox qərbyönlü və NATOyönümlü xarici siyasətə rəhbərlik etməyə çalışıb.

Xanım Meloni-nin bu addımı Aİ Komissiyasının sədri Ursula von der Leyen və Si Cinpin arasında keçiriləcək zirvə görüşü ərəfəsində baş tutub.

Ekspertlər hesab edir ki, görüş zamanı xanım Fon der Leyenin Çin prezidentinə günəş panelləri və elektrik avtomobilləri də daxil olmaqla ucuz malların AB-yə tədarükünü məhdudlaşdırması barədə xəbərdarlıq edəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram