İtaliya Azərbaycanın əsas neft idxalçısı statusunu itirib | Banco.az

İtaliya Azərbaycanın əsas neft idxalçısı statusunu itirib

Müəllif: Gülnar Əhmədli, Banco.az

İtaliya bu ilin yanvar ayında Azərbaycandan 110 milyon 546 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 427 milyon 787 min dollar və ya 79,5% azdır.

Hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 78,9% azalaraq 179,2 min ton olub. Bununla İtaliya Azərbaycanın əsas neft idxalçısı statusunu itirib. Belə ki, ötən il ərzində İtaliya Azərbaycanın əsas neft alıcısı idi. 

Qeyd edək ki, bu il İsrail Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. Ötən ilin eyni dövründə İsrail bu siyahıda 2-ci olub (1-ci İtaliya).

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram