İtaliya Azərbaycanın əsas neft idxalçısı olaraq qalır | Banco.az

İtaliya Azərbaycanın əsas neft idxalçısı olaraq qalır

Müəllif: Gülnar Əhmədli, Banco.az

İtaliya bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 6 milyard 659 milyon dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 202,1 milyon dollar və ya 3,2% çoxdur.

Hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 21% artaraq 10,4 milyon tona yaxınlaşıb. 

Qeyd edək ki, İtaliya həcmlərinə görə Azərbaycanın ən çox xam neft ixrac etdiyi ölkədir. İtaliya, həmçinin Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram