İtaliya Azərbaycandan neft idxalını 10%-dək azaldıb | Banco.az

İtaliya Azərbaycandan neft idxalını 10%-dək azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyul aylarında İtaliyaya 3,8 milyard dollar dəyərində 6,4 milyon ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 1,2 milyard dollar və ya 24,1% azalıb.

İtaliyaya neft ixracının həcmi də ötən ilin yanvar-iyul aylarına nisbətdə 9,5% azalıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycan İtaliyaya 6,7 milyon ton neft satıb. 

Həcmin azalmasına baxmayaraq hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram