İtaliya "Amazon" şirkətini külli miqdarda cərimələyib | Banco.az

İtaliya "Amazon" şirkətini külli miqdarda cərimələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtaliya “Amazon”a 10 milyon avro cərimə kəsib.

Banco.az xəbər verir ki, İtaliyanın Rəqabət Təşkilatı (“Antitrust-AGCM”) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması “Amazon”u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro məbləğində cərimələyib.

Bu bərədə “Antitrust-AGCM” yazılı bəyanat verib.

Bəyanatda deyilir ki, “Amazon”un İtaliyadakı internet saytında bir çox məhsul üçün satın alma variantının avtomatik olaraq "birdəfəlik" əvəzinə "təkrarlanan dövri alış" olaraq təyin olunduğuna diqqət çəkilir ki, bu da istehlakçı seçimlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırır və istehlakçının həqiqətən ehtiyac duymadığı halda belə bu məhsulu almağa təşviq edir. 

Bu səbəbdən də təşkilat “Amazon”u 10 milyon avro cərimələyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, sözügedən cərimə “Amazon”un törəmə şirkətləri, Lüksemburqda yerləşən “Amazon Services Europe” və “Amazon EU”a da tətbiq edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et