İsveçrənin müflisləşmiş bankının satınalma prosesi 12 iyunda başa çatacaq | Banco.az

İsveçrənin müflisləşmiş bankının satınalma prosesi 12 iyunda başa çatacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Credit Suisse”nin “UBS” tərəfindən satınalınması 12 iyun tarixində başa çatdırılacaq.

Banco.az xəbər verir ki, İsveçrənin ən böyük bankı “UBS”dən təqdim olunan yazılı bəyanatda müflisləşmiş “Credit Suisse” bankının satın alınması prosesinin iyunun 12-də tamamlanacağı bildirilib.

Bəyanatda qeyd olunub ki, “Credit Suisse”in satınalınmasının tamamlanması ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) səhm qeydiyyatı bəyannaməsi şərtlərinə tabedir. 

Bununla da, “Credit Suisse” səhmdarları sahib olduqları hər 22,48 səhm üzrə “UBS”də bir səhm salacaqlar

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Credit Suisse”in “UBS”yə birləşdirilməsi 2008-ci ilin maliyyə böhranından sonrakı ən böyük bank satınalmasıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et