İsveçrənin iki bankçılıq nəhəngi birləşmək istəmir | Banco.az

İsveçrənin iki bankçılıq nəhəngi birləşmək istəmir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrə bankları “UBS Group AG” və “Credit Suisse Group AG” birləşmə planında maraqlı deyillər.

Banco.az xəbər verir ki, Avropanın bank sektorunda təşviş yaradan “Credit Suisse” böhranında İsveçrə Mərkəzi Bankının dəstəyi böhranın böyüməsinin qarşısını alsa da, bankın digər İsveçrə bankı “UBS” ilə birləşməsi gündəmə gəlib.

Ancaq mövzuya yaxın mənbələrin dediyinə görə, hər iki bank da indiki mərhələdə birləşməyə müsbət yanaşmır.

Mənbələr bildirir ki, “UBS” cari aktivlərin idarə edilməsinə yönəlmiş strategiyasına davam etmək niyyətindədir və “Credit Suisse” ilə bağlı riskləri öhdəsinə götürməkdə elə də maraqlı deyil.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin qeyd edilib ki, həm “UBS”, həm də “Credit Suisse” birləşməni son çarə kimi dəyərləndirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et