İsveçrə bankı - Banque Cantonale de Genève (BCGE) Azərbaycanda maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərmək istəyir.
Bunu BCGE-nin icraçı direktoru Mario Al Jebouri Azərbaycan-İsveçrə biznes forumunda bildirib.
"Bu regionda mövqelərimizi daha da möhkəmləndirmək istəyirik. Azərbaycanda geniş imkanlar var. Biz istərdik ki, burada maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərək", - Mario Al Jebour deyib.
O vurğulayıb ki, BCGE Cenevrə iqtisadiyyatında mühüm yer tutur: "Bankın dövriyyəsi 22 mlrd. İsveçrə frankı təşkil edir".
Report.az