İsveçrədə sakinlərə qışa qədər şam və odun yığmağa tövsiyə edilib | Banco.az

İsveçrədə sakinlərə qışa qədər şam və odun yığmağa tövsiyə edilib

İsveçrənin Elektrik Enerjisi üzrə Federal Komissiyasının (ElCom) prezidenti Verner Luginbühl həmvətənlərini qışa qədər şam və odun ehtiyatı toplamağa çağırıb.

O, xəbərdarlıq edib ki, ölkəni sərt qış gözləyir.

Onun sözlərinə görə, elektrik enerjisinin kəsilməsi istisna edilmir.

“Hər kəs bir neçə saat ərzində elektrik enerjisinin kəsilməsi halında nə edəcəyini düşünməlidir”, - deyə o bildirib.

ElCom rəhbəri onu da qeyd edib ki, Avropa elektrik enerjisi və qazın geniş miqyaslı qıtlığı ilə üzləşmək riski altındadır.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et