İsveçrədə saat ixracı ötən ay gözlənilmədən artım göstərib | Banco.az

İsveçrədə saat ixracı ötən ay gözlənilmədən artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrədə saat ixracı ötən ay gözlənilmədən artım göstərib.

Banco.az xəbər verir ki, bu barədə cümə axşamı İsveçrə Saat Sənayesi Federasiyası məlumat yayıb.

Məlumatda deyilir ki, aprel ayında satışlar 4,5 faiz artaraq 2,1 milyard İsveçrə frankına (2,3 milyard dollar) çatıb.

Sözügedən artım əvvəlki ayda qeydə alınan kəskin azalmanın ardınca baş verib. Bu artım İsveçrə saatlarının ən böyük bazarı olan ABŞ-a ixracda 11,6 faiz artımın olması ilə dəstəklənib.

Digər tərəfdən, Yaponiyaya göndərişlər 13,6 faiz artsa da, aprel ayında Çindən tələbat durğun olaraq qalıb və İsveçrə saatlarının ikinci ən böyük bazarına ixrac isə 7,5 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram