İsveçrədə necə hesab açmalı? | Banco.az

İsveçrədə necə hesab açmalı?

İsveçrə banklarında hesab açılması şərtləri bu ölkənin vətəndaşları ( o cümlədən rezident olan xarici vətəndaşlar və işlə əlaqədar bura mütəmadi səfər edənlər) və daimi olaraq İsveçrədə yaşamayanlar üçün çox kəskin fərqlənir. Ikinci halda hesabın açılması zamanı hesaba 200-300 min isveçrə frankı civarında məbləğ yatırmaq tələb olunur (məbləğin konkret həcmi bankdan-banka dəyişir).

Əgər xarici vətəndaş daimi olaraq ölkə əraizində yaşayırsa və ya işlə əlaqədar səfərlər edirsə  (bu əsasən Almaniyanın sərhəd rayonlarının sakinlərinə aiddir), hesabın açılması hər hansı bir ilkin məbləğin mədaxili olmadan da mümkündür Amma yadda saxlamaq lazımdır ki, heç də bütün banklar əcnəbilərə hesab açmır. Məsələn, bəzi kantonal və digər yerli banklar əcnəbilər ilə işləməkdən imtina edir.  

Hesab açmaq üçün banka müştərinin şəxsiyyətini və onun İsveçrədəki statusunu təsdiq edən sənəd tələb olunur. Həmçinin, banklar öz istəklərindən asılı olaraq digər sənədləri də tələb edə bilər, bu ilk növbədə müştərinin hesaba yerləşdirmək niyyətində olduğu vəsaitlərin mənbəyinin qanuniliyini sübut edən sənəd olur. Digər nüanslarda xüsusi çətinliklər əsasən olmur.

Məlumatların yoxlanması və hesabın açılması 1-7 gün çəkə bilər. Hesabın açılması üçün ərizəni internet vasitəsi ilə göndərmək olar, amma sənədləri şəxsən təqdim etməli olacaqsınız. “Adi qaydada” hesablar isveçrə frankında açılır, amma ki, vəsaitləri dollar, avro və britaniya funtunda saxlamaq olar.

İsveçrədə fiziki şəxslərin bank hesabları cari və əmanət hesabları olmaqla iki yerə bölünür ( həmçinin investisiya, pensiya və s hesabları da var, sadəcə indi söhbət onlardan getmir). Fərq ondadır ki, əmanət hesablarından hesbalaşma əməliyyatları aparmaq mümkün deyil, halbuki cari hesablarda istənilən vəsait hərəkəti tam sərbəstdir. Budan əlavə əmanət hesablarında banklar hesabın bağlanma ehtimalına qarşı “gözləmə müddəti” təyin edə bilər ki, onun da uzunluğu 3,6 və 12 aya qədər çəkə bilər.

İndi isə sizə layiqli və ağlabatan bank xidməti göstərən bütün maliyyə institutlarının sayhısı təqdim edirik, hanskı ki bizim günlərdə heç də az əhəmiyyət daşımır.

  • AIG Private Bank AG ( keçmiş adı Uberseebank AG)
  • IHAG Privatbank (keçmiş adı AKB Privat Bank Zurich AG)
  • Anker Bank (hazırda Banque Cantonale de Geneve - BCGE)
  • BCP (Banque de Commerce et de Placements SA) 
  • Banca Commerciale Lugano (hazırda Hinduja Bank (Switzerland) Ltd)
  • Banca Arner SA
  • Bank Vontobel AG
  • Leumi Private Bank Ltd
  • Bank J. Safra Sarasin Ltd
  • Banque SCS Alliance SA (hazırda CBH Compagnie Bancaire Helvétique SA)
  • BNP Paribas (Suisse) SA
  • Bordier&Cie
  • BSI AG
  • C.I.M. Banque SA
  • Credit Agricole Indosuez (Suisse) SA (hazırda Crédit Agricole Corporate and Investment Bank)
  • Credit Lyonnais (Suisse) SA (hazırda Crédit Agricole Bank)
  • Credit Suisse SA
  • Clariden Leu AG (hazırda Credit Suisse SA)
  • Discount Bank and Trust Company (hazırda UBP SA)
  • EFG Bank SA
  • Ehinger&Armand von Ernst AG (hazırda Julius Bar)
  • HSBC Private Bank AG
  • ING Bank (Switzerland) AG (hazırda Julius Bar)
  • Lombard Odier 
  • Mirabaud (Zurich Branch)
  • Rothschild Bank AG
  • Pictet
  • PKB PRIVATBANK AG
  • Rabo Robeco Bank (Suisse) SA (hazırda Bank J. Safra Sarasin Ltd)
  • Coutts & Co Ltd
  • SG Private Banking (Suisse) SA
  • Swiss Bank Corporation (hazırda UBS ilə birləşib)
  • UBS AG
  • UEB (United European Bank AG) (hazırda BNP Paribas (Suisse) SA ilə birləşib)
  • Union Bancaire Privee (hazırda DBTC ilə birləşib)
  • VP Bank (Schweiz) AG
  • Wegelin&Co (İsveçrə Raiffeisen Group tərəfindən alınıb)

 

Ən sərfəli kredit üçün müraciət et