İsveçrədə ilk kriptovalyuta fondu yaradılıb | Banco.az

İsveçrədə ilk kriptovalyuta fondu yaradılıb

İsveçrə Maliyyə Bazarlarına Nəzarət Təşkilatı (FINMA) ölkənin ilk kripto aktivlərə investisiya edən fondunun yaradılmasını təsdiqləyib.

Fond yalnız ixtisaslaşmış investorlar üçün nəzərdə tutulub və xüsusi riskləri olan "alternativ investisiyalar üçün digər fondlar" kateqoriyasına daxil edilir. Kripto aktivlər blokçeyn və bölüşdürülmüş reyestr texnologiyasına əsaslanır.

FINMA qeyd edib ki, kriptovalyutaların xüsusi risklər ehtiva etdiyindən, fonda yalnız kifayət qədər böyük ticarət həcminə malik olan aktivlərə sərmayə qoyması icazə veriləcək.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et