Əfsanəvi statusuna rəğmən İsveçrə bank sistemi, istər yerli, istərsə də bu ölkədə yaşayan əcənəbi vətəndaşlar üçün gündəlik xidmətlərin qarşılanması baxımından elə də böyük seçim imkanı yaratmır (təbii ki, əgər siz private banking xidmətləri axtaran milyonçu deyilsinizsə). Pərakəndə bank sektorunun böyük bir hissəsinə üç nəhəng bank nəzarət edir: UBS, Credit Suisse və Raiffeisen (sonuncu çoxlu sayda kçik yerli banklardan təşkil olunmuş qrupdur)
Bunda əlavə, hər kantonda və yarım kantonda, ikisi istisna olmaqla, özünün regional rəhbərlik tərəfindən idarə edilən kantonal bankı vardır ki, o da əsasən yerli sakinlərə xidmət göstərir.
Faktiki, İsveçrə sakininlərinin seçim imkanları 4-5 bankla məhdudlaşır və bu banklar heç də bütün ölkə ərazisndə eyni səviyyədə təmsil olunmur. Belə şərtlərdə bankların təklifləri parametr baxımından bir-birinə çox yaxın olur. Fərq isə həmin dövrdə qüvvədə olan endirim, kampaniya və aksiyalar sayəsində yaranır ki, onlar da müvəqqəti olaraq, bir təklifi digərindən daha sərfəli edir.
Digər tərəfdən, əgər belə bir istəyiniz olsa, siz ölkədə fəaliyyətdə olan digər xarici bankların da xidmətindən yararlana bilərsiniz, həmçinin, yeni açılmış, xidmət və bankomat şəbəkəsi çox da böyük olmayan, lakin öz müştərilərinə daha sərfəli şərtlərlə təklif irəli sürmək iqtidarında olan kiçik bankların xidmətindən istifadə edə bilərsiniz.
Bir çox digər ölkələrdə olduğu kimi, isveçrə bankları da müştərilərə sadəcə ayrılıqda hesab və ya kart açılması xidməti deyil, xidmətlər paketi təklif edir ki, burada eyni anda cari və əmanət hesablarının açılması, kredit kartı da daxil olmaqla, bir və ya bir neçə kartın açılması, qeyri məhdud sayda əmaəliyyatlar və fərqli bonus proqramları əhatə olunur.
Belə paketlərin qiyməti şərtlərdən ( kartların sayından və sinfindən, hesab üzrə faizdən və digər xidmətlərə çıxışdan) asılı olaraq aylıq 15-80 isveçrə frankı arasında dəyişir. Həmçinin bəzi hallarda endirimdən yararlanmaq mükün olur, məsələn paketdən birinci il istifadə ödənişsiz ola bilər. Həmçinin ödənişlərin bir hissəsi keçirilmiş əməliyyatlara görə toplanan bonus ballarla “əvəzlənir”. Paketə yazıldıqda, ölkə ərazisində bankomatlardan nağd pulun çıxarılması – pulsuz olur. Yəni komisisya tutulmur.
Ayrıca hesabın və ya kartın açılması zamanı isə bank xidmətlərindən istifadə daha baha başa gələ bilər. Məsələn, debet karta görə illik xidmət haqqı 40 frank civarında ola bilər, nağdlaşdırma isə 2,5-3,5% arasında dəyişir, bəzən bankın “öz” bankomatlarında nağdlaşdırma komisisyası tutulmur. Ölkə xaricində dükanlarda ödənişlər zamanı komisyonlar 1,5-1,75% və üstəgəl konvertasiya xərcləri (kurslar arası fərqlərdən yaranan itkilər).