Müəllif:Ayşən İmanova/Banco.az
İsveçrə Ukraynanın enerji infrastrukturuna dəstək və digər humanitar ehtiyaclar üçün Kiyevə əlavə 50 milyon dollar ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, vəsait enerji sisteminin bərpasına, dağılmış yaşayış binalarının təmirinə və humanitar yardımların göstərilməsinə yönəldiləcək.
Qeyd edək ki, yeni yardım paketi ilə İsveçrənin bu qış Ukraynaya dəstək üçün ayırdığı vəsaitin ümumi məbləği təxminən 145 milyon dollara qədər artacaq. Ümumilikdə, xüsusi hərbi əməliyyatın başladığı 2022-ci ilin fevralından bu yana İsveçrə Ukraynaya 500 milyon dollardan çox yardım ayırıb.