İsveçrə Ukraynaya 100 milyon avrodan çox vəsait ayıracaq | Banco.az

İsveçrə Ukraynaya 100 milyon avrodan çox vəsait ayıracaq

Müəllif:Mehin Qasımova/Banco.az

İsveçrə Ukraynaya 100 milyon avrodan çox yardım edəcək. 

Banco.az xəbər verir ki, bu barədə İsveçrə prezidenti Alen Berset Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

"Biz humanitar minatəmizləməni prioritet hesab edirik.  Biz 100 milyon İsveçrə frankı (103 milyon avrodan bir qədər çox) ayırmağa qərar verdik.Bu, minalardan təmizləmə və ərzaq təminatı problemlərinin həllində iştirakımızı artıracaq, həmçinin Ukraynadan taxıl ixracını asanlaşdıracaq, -  deyə Berset bildirib.

Qeyd edək ki, Berset Zelenski ilə danışıqlar aparmaq və ərzaq təhlükəsizliyi sammitində iştirak etmək üçün şənbə günü Kiyevə gəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et