Müəllif - Eldar Kərimov/ Banco.az
İsveçrə iqtisadiyyatı 2024-cü ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,4% artıb. Bu, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) ilkin məlumatlarında qeyd olunub.
Üçüncü rübdə ÜDM artımı 0,2% təşkil edirdi və analitiklər artımın 0,3%-ə qədər sürətlənəcəyini proqnozlaşdırırdılar.
Bütövlükdə 2024-cü il ərzində İsveçrə iqtisadiyyatı 0,8% artıb (2023-cü ildə artım 1,2% idi).
SECO-nun açıqlamasında bildirilir:
"Sənaye sektoru mülayim artım nümayiş etdirdi, əsasən kimya və əczaçılıq sahələrinin hesabına. Xidmət sektorunda artım templəri isə tarixi orta göstəricidən aşağı oldu."
Dördüncü rüb üzrə ÜDM-in yekun qiymətləndirilməsi və ətraflı məlumat 27 fevral tarixində açıqlanacaq.