Müəllif:Ayşən İmanova/Banco.az
İsveçrə saatlarının ixracı iyul ayında ABŞ və Yaponiyada artan tələb sayəsində keçən ilin eyni ayı ilə müqayisədə 1,6% artıb.
Banco.az xəbər verir ki, bu barədə İsveçrə Saat Sənayesi Federasiyası məlumat yayıb.
Məlumata görə, ixracın həcmi 2,2 milyard İsveçrə frankına (2,6 milyard dollar) çatıb.
Ümumi ixracın 95%-dən çoxunu təşkil edən qol saatlarının xaricə tədarükləri 1,4% artaraq 2,13 milyard frank olub.
ABŞ-a çatdırılmalar 11,3%, Yaponiyaya - 25,6%, Çinə - 32,8%, Honq-Konqa - 19,1% azalıb.
Bu ilin yeddi ayında İsveçrə saatlarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azalaraq 15,2 milyard frank təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!