İsveçrə Rusiyanın 8,8 milyard dollarlıq aktivlərini dondurdu | Banco.az

İsveçrə Rusiyanın 8,8 milyard dollarlıq aktivlərini dondurdu

Müəllif:Mehin Qasımova/Banco.az

İsveçrə Rusiyanın 8,8 milyard dollarlıq aktivlərini dondurub.

Banco.az xəbər verir ki,bu barədə Reuters  məlumat yayıb .

Bildirilib ki, söhbət 2022-ci illə müqayisədə bir qədər artırılmış ilkin rəqəmlərdən gedir.

Məlumata görə, bu ölkənin hakimiyyəti Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulduqdan sonra Rusiyanın 7,5 milyard İsveçrə frankı (8,4 milyard dollar) məbləğində aktivlərinin dondurulduğunu bildirib.

Qeyd edək ki, 2022-ci ilin martında Rusiya hökuməti ölkəyə, onun şirkətlərinə və vətəndaşlarına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiqləyib. İsveçrə Konfederasiyası da  bu siyahıya daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et