İsveçrə rəsmisi: “SOCAR-a minnətdarıq” | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İsveçrə rəsmisi: “SOCAR-a minnətdarıq”

İsveçrənin tibb və infrastruktur sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycanla əməkdaşlıq etmək istəyir.

Bunu Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda İsveçrənin Ticarət Palatasının baş direktoru Vinsent Subila bildirib.

“Həmin şirkətlərin nümayəndələri bugünkü tədbirin iştirakçılarıdır”, - deyə o qeyd edib.

İsveçrə rəsmisi iki ölkə arasında əməkdaşlığın inkişafında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xüsusi rol oynadığını da deyib: “SOCAR-ın İsveçrədəki yanacaqdoldurma məntəqələri sayəsində vətəndaşlarımız Azərbaycan məhsullarından istifadə edir. Bunun üçün şirkətə minnətdarıq.

Bundan başqa, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İsveçrənin Cenevrə şəhərinə uçuşlar həyata keçirir. Bu isə ikitərəfli biznes əlaqələrinin inkişafı üçün vacibdir”. 

Report.az