İsveçrə Milli Bankı ötən ili 14,9 milyard frank zərərlə başa vurub | Banco.az

İsveçrə Milli Bankı ötən ili 14,9 milyard frank zərərlə başa vurub

İsveçrə Milli Bankı 2018-ci ili 14,9 milyard frank zərərlə başa vurub.

“Neue Zürcher Zeitung” qəzeti xəbər verir ki, təqdim edilən illik hesabatda müxtəlif investisiya kateqoriyaları üzrə mənfi saldonun mövcudluğu öz əksini tapıb.

Hesabatda qeyd edilib ki, İsveçrə frankının uzun müddətdən bəri müşahidə edilən yüksək məzənnəsi xarici valyuta alışına öz təsirini göstərib. Milli valyutanın məzənnəsinin sürətlə yüksəlməsinə qarşı tədbirlər görən İsveçrə Milli Bankı öz portfoliosunda xarici valyuta alışını artırıb. Valyutaların qeyri-sabit məzənnə dəyişikliyi isə ilin yekununda mənfi saldonun yaranmasına səbəb olub. Hazırda xarici valyuta ehtiyatları 764 milyard frank həcmində olan İsveçrə Milli Bankı həmin vəsaitlərin sığorta təminatını həyata keçirmir.

Ən sərfəli kredit üçün müraciət et

Frankın məzənnəsinin yüksəlməsi ixracyönümlü ölkə iqtisadiyyatı üçün təhlükəli hesab olunur.

© Azərtac

Ən sərfəli krediti almaq üçün müraciət et