İsveçrə Mərkəzi Bankı bankların nağd pula çıxışını asanlaşdırır | Banco.az

İsveçrə Mərkəzi Bankı bankların nağd pula çıxışını asanlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrə Milli Bankı (SNB) fövqəladə hallarda bankların nağd pula çıxışını asanlaşdıracaq.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyinə məsələ ilə bağlı məlumatlı iki mənbə məlumat verib.

Digər tərəfdən, qeyd olunub ki, SNB aktiv fondunu genişləndirmək üçün banklarla əməkdaşlıq edir.

Mənbələrin sözlərinə görə, SNB Lombard kreditləri ilə yanaşı daha böyük kommersiya kreditləri hovuzunu qəbul edərək banklara mərkəzi bank likvidliyinə çıxış imkanı verəcəyinə işarə edib. 

Onlar həmçinin İsveçrənin ən böyük kreditoru olan UBS-nin kreditlərinin uyğun olub-olmadığını yoxlamaq üçün portfellərini nəzərdən keçirdiyini deyib. Qeyd edilir ki, SNB-nin qəbul edəcəyi aktivlərin çeşidinin genişləndirilməsi UBS-ə fövqəladə vəziyyət zamanı istifadə edə biləcəyi məbləği əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, SNB-nin ötən ilki hesabatında Credit Suisse-in girovunun böyük həcmli çıxarışları ödəmək üçün kifayət etmədiyi və bunun bankın tənəzzülünü sürətləndirdiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et