İsveçrə frankı əzəli rəqibinə qarşı üstünlük əldə edib | Banco.az

İsveçrə frankı əzəli rəqibinə qarşı üstünlük əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrə frankı təhlükəsiz liman yarışının qalibi olub.

Banco.az xəbər verir ki, qeyri-sabit bir il keçirən qlobal bazarlarda İsveçrə frankı bu həftə ənənəvi rəqibi yapon yeninə qarşı 40 ilin ən yüksək səviyyəsinə çatıb.

Yaponiya Mərkəzi Bankının cümə günü açıqlanan faiz qərarının ölkə valyutası yenə təzyiq göstərməsi fonunda frank yen qarşısında 1980-ci illərdən bəri ən yüksək səviyyəyə yüksəlib.

Hazırda bir İsveçrə frankı 151,08 yapon yeni təşkil edir.

Xatırladaq ki, İsveçrə Mərkəzi Bankı ötən il mənfi faiz siyasətindən əl çəkərək faiz artımı dövrünə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et