İsveçrə bir çox ölkələrə qızıl ixracını artırıb | Banco.az

İsveçrə bir çox ölkələrə qızıl ixracını artırıb

Müəllif - Aida İsaq, Banco.az

İsveçrə ötən il Türkiyə, Çin, Sinqapur və Tailanda qızıl ixracını artırıb.

Banco.az xəbər verir ki, qiymətlərin ucuzlaşması fonunda Asiya və Yaxın Şərq ölkələrində qızıla tələbat artıb. Nəticədə İsveçrə Çinə qızıl ixracını 478 tona, Honq Konqa isə 45,5 tona çatdırıb. 2021-ci ildə Çin və Honq-Konqa ümumi ixracat 354 ton təşkil edib.

2022-ci ildə Türkiyəyə qızıl ixracı 2021-ci ilə nisbətən 11 ton artaraq 188 ton səviyyəsinə yüksəlib. Sinqapura ixrac 33 tondan 69 tona, Tailanda olan ixrac isə 56 tondan 92 tona qədər artıb. Hindistana ixrac isə 2021-ci ildə qeydə alınan 507 tondan 224 tona qədər azalıb.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram