İsveçrə bankları 1955-ci ilə qədər açılmış, lakin bu illər ərzində haqlarında heç bir tələb irəli sürülməmiş minlərlə bank hesabının mövcudluğunu etiraf ediblər. Bununla yanaşı bankirlər iddia edir ki, hesabların nasistlərlə heç bir əlaqəsi yoxdur.
Reuters agentliyi məlumat verir ki, yeni qanun İsveçrə banklarını bu informasiyanı açmağa vadar edəcək, qanun 60-dan çox yaşı olan və 50-ildən çox müddət ərzində istifadə olunmayan hesablar barədə məlumatları aşkarlamağı tələb edir.
İsveçrə banklar assosiasiyasının rəsmi nümayəndəsi, jurnalistlərə bildirib ki, söhbət həm ölkə vətəndaşlarının, həm də əcnəbilərin hesablarından gedir. O, həmçinin vurğulayıb ki, indiki halda depozitlərin nasistlər ilə qəti bir əlaqəsi məsələsi izlənilmir.
Welt am Sonntag nəşrinin məlumatlarına görə, cəmi bir hesab -1940-ci ildə alman vətəndaşı tərəfindən açılmış bank hesabı nisbətən şübhələr doğurub. Hesabda 1000 İsveçrə frankı vardır.
Ümumdünya yəhudi konqresi dəfələrlə İsveçrə banklarında tələb olunmayan depozit hesabları barədə məlumat açmağı tələb edib, belə ki onlar hesablardakı pulların bir qisminin keçmiş alman nasistlərinin rəhbərlərinə aid olduğunu güman edirlər. Bu isə həmin pulları Holonkost qurbanlarının kompensasiyasına yönəltməyə imkan verir.
Uzun illər ərzində İsveçrə bankları öz müştəriləri ilə bağlı informasiyanı sirr salması ilə seçilirdi. Bu isə vergidən yayınan pulların axtarası ilə məşğul olan şirkətləri narazı salırdı..