Müəllif - Aida İsaq, Banco.az
İsveçrə bankı “Credit Suisse” ən qocaman və böyük səhmdarlarından birini itirib.
Banco.az xəbər verir ki, “Harris Associates” investisiya şirkəti bankdakı bütün səhmlərini satıb.
Məlumata görə, qərarın səbəbi bankın rekord itkiləri və bunun ardınca müştərilərin kəskin şəkildə xaricə getməsi olub. Şirkət oktyabr ayında banka dörd milyard İsveçrə frankı (4,3 milyard dollar) cəlb etdikdən sonra səhmlərini satmağa başlayıb. Daha sonra təşkilatın əsas investoru Səudiyyə Ərəbistanının ən böyük bankı Səudiyyə Milli Bankı olub. Bankın ikinci ən böyük səhmdarı isə yeddi faiz payla Qətər İnvestisiya Təşkilatıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!