Müəllif - Aida İsaq, Banco.az
ABŞ milli valyutası uzun illər davam edən hökmranlığını itirməklə üz-üzədir. Makroiqtisadi tarazlığın pozulması və geosiyasi gərginlik fonunda dünyanın mərkəzi bankları dollardan kütləvi şəkildə imtina etməyə başlayacaq.
Banco.az xəbər verir ki, bu barədə İsveçrənin “Credit Suisse” bankının “Pul sisteminin gələcəyi” hesabatında bildirilir. Analitiklər bunu ABŞ-ın xarici siyasəti və ölkənin dövlət borcunun artması ilə əlaqələndirib. Araşdırmada daxili dövlət borcunun həcmi 6,9 trilyon dollar, xarici borcun həcmi isə 24,5 trilyon dollar olduğu qeyd olunur.
Bundan başqa, ekspertlər inflyasiyanın sürətlənməsi səbəbindən bir çox ölkədə ABŞ iqtisadiyyatına inamın azaldığını vurğulayıb. Beləliklə, ölkələrin dövlət ehtiyatlarında dolların payı getdikcə azalmağa davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!