Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF: İsveçrə 2023-cü ildə daha sərt mühitlə üzləşəcək.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) İsveçrə iqtisadiyyatının 2022-ci ildəki güclü vəziyyətindən sonra 2023-cü ildə daha çətin bir mühitlə üzləşdiyini bildirib.
BVF tərəfindən yayılan bəyanatda İsveçrə iqtisadiyyatı ilə bağlı 4-cü maddə məsləhətləşmələri çərçivəsində həyata keçirilən auditin qabaqcıl nəticələri elan olunub.
İsveçrənin ötən il 2,1 faiz olan iqtisadi artımının bu il 0,8 faizə enməsinin gözlənildiyi diqqətə çatdırılan bəyanatda bu proqnozun zəif qlobal perspektivlər, sərt pul siyasəti və təzyiq altında olan tələbin azalması kimi amillərlə bağlı olduğu vurğulanıb. İnflyasiya proqnozuna da yer verilən bəyanatda ölkədə inflyasiyanın 2023-cü ildə 2,5 faiz olacağı nəzərə çatdırılıb.
Bəyanatda həmçinin İsveçrə iqtisadiyyatının 2024-cü ildə isə 1,8 faiz böyüməsinin gözlənildiyi qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!