İsveçdə polietilen paket satışına vergi tətbiq ediləcək | Banco.az

İsveçdə polietilen paket satışına vergi tətbiq ediləcək

2020-ci ildən başlayaraq, İsveçdə polietilen paket satışına vergi tətbiq ediləcək.

İsveç KİV-ləri xəbər verir ki, standart ölçülü polietilen paketə 3 kron (0,28 avro) daha kiçik paketlərə isə 0,3 kron (0,03 avro) vergi tətbiq olunacaq. Bunun nəticəsində standart paket alıcıya 7 krona (0,66 avroya) başa gələcək. Yeni layihənin təşəbbüskarlarının hesablamalarına görə, istehlakçılar neçə paketə ehtiyac olub-olmadığını düşünməlidir. İsveç hökuməti, polietilen paketlərin qiymətinin bu cür artması ilə Avropa İttifaqı tərəfindən müəyyən edilmiş, ildə adambaşına 40 polietilen standart uyğunluğunu təmin edə biləcəyinə inanır. “Təəssüf ki, istifadə etdiyimiz çoxsaylı polietilen paketlər ətraf mühitə ziyan vurur və dənizlərimizi çirkləndirir, həmçinin heyvanlara və bitkilərə zərər verir. Gələcəkdə buna yol vermək olmaz”, - deyə İsveçin Maliyyə naziri Per Bulünd bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda İsveçdəki alış-veriş mərkəzləri və mağazalarda polietilen paketlər satılır. Yeni qanunla qiymətin kəskin qaldırılması nəticəsində onlardan istifadənin azaldılması nəzərdə tutulur. İlkin hesablamalara görə, yeni verginin tətbiqi ilə İsveçin dövlət xəzinəsinə illik 2,9 milyard kron ( 272 milyon avro) əlavə pul daxil olacaq.

Azərtag.az

Ən sərfəli krediti almaq üçün müraciət et