Müəllif - Aida İsaq, Banco.az
İsveçin Arktika hissəsində ən son texnologiyaların istehsalı üçün zəruri olan nadir torpaq metallarının yataqları kəşf edilib.
Banco.az xəbər verir ki, bu barədə “LKAB” dağ-mədən şirkəti məlumat yayıb. Sözügedən ərazinin dünyanın bu bölgəsində yerləşən ən böyük nadir torpaq yataqları olduğu məlum olub. Şirkətin baş direktoru Yan Mostrem bu metalların zəruri xammal istehsalında mühüm element ola biləcəyini qeyd edib. İsveçin energetika və sənaye naziri Ebba Buşun sözlərinə görə, mədənlər Aİ-nin elektrikləşdirilməsini, regionun resurslarla özünü təmin etməsini, Rusiya və Çindən asılılıqdan azad olmasını stimullaşdıracaq.
Qeyd edək ki, nadir torpaq metalları kompüter displeylərinin, çox funksiyalı measir texnoloji yeniliklərə cavab verən silahların, elektromobillərin və külək turbinlərinin istehsalı da daxil olmaqla yeni texnologiyaların yaradılması üçün istifadə olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!