İsveçdə faiz artımı proqnozları üstələdi | Banco.az

İsveçdə faiz artımı proqnozları üstələdi

Tamara Mustafayeva, Banco.az

İsveç Mərkəzi Bankının faiz qərarı proqnozları üstələyərkən, bank monetar sərtləşdirmənin növbəti 6 ayda da davam edəcəyinə işarə edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İsveç Mərkəzi Bankı siyasət faizini 1 baza bəndi artıraraq 1,75 faizə çatdırıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri isə faiz dərəcəsinin 1,50 faizə qaldırılacağı istiqamətində idi.

Hazırki faiz artımı ilə ölkədə siyasət faizi ötən 11 ilin ən yüksək səviyyəsinə yüksəlib.

Qeyd edək ki, son dövrlərdə ölkədə inflyasiya göstəricilərində də pik səviyyələr müşahidə olunub. Yekun məlumatlara görə, ölkədə illik inflyasiya 9,8 faizə çatıb ki, bu da 1991-ci ildən bəri qeydə alınan ən yüksək səviyyədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et