Müəllif - Aida İsaq, Banco.az
İsveçdə ərzaq inflyasiyası rekord səviyyəyə yüksəlib.
Banco.az xəbər verir ki, ölkənin mərkəzi statistika idarəsinin məlumatlarına əsasən, 2022-ci ilin dekabrında ölkədə illik 12,3% inflyasiya qeydə alınıb. Bu, 1991-ci ilin fevralından bəri müşahidə olunan rekord göstəricidir. Ötən il ölkədə ərzaq qiymətləri əvvəlki illə müqayisədə 20% bahalaşıb. Bəzi məhsulların isə iki dəfə bahalaşdığı bildirilir. Məsələn, kolza yağının qiyməti bir il ərzində 45% artıb.
Qeyd edək ki, istehlak qiymətləri indeksinin artmasına səbəb olaraq elektrik enerjisinin bahalaşması və faiz dərəcələrinin artması göstərilir. Elektrik enerjisinin dəyəri isə əvvəlki ayla müqayisədə 28,8 faiz bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!