İsveç yeni nüvə reaktorları inşa edəcək | Banco.az

İsveç yeni nüvə reaktorları inşa edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveç yeni nüvə reaktorlarının inşasına başlayacaq.

Banco.az xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson yeni nüvə reaktorlarının inşasına icazə verən qanun layihəsini parlamentə təqdim edəcəklərini bildirib.

O, bu barədə keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, onlar elektrik istehsalını artırmağı və enerji təhlükəsizliyini gücləndirməyi hədəfləyirlər.

“Biz daha çox yerdə nüvə reaktorlarının tikintisinə imkan verəcək qanunlar hazırlayırıq. Yaxın günlərdə bu qanunu parlamentə təqdim edəcəyik”, deyə Ulf Kristersson açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qanuni tənzimləmənin müzakirələrə açıq olduğunu vurğulayan nazir hər hansı bir problem yaranmadığı təqdirdə, 2024-cü ilin mart ayından etibarən qanunun qüvvəyə minəcəyini söyləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et