İsveç Ukraynaya üç illik yardım üçün vəsait ayırdığını açıqlayıb | Banco.az

İsveç Ukraynaya üç illik yardım üçün vəsait ayırdığını açıqlayıb

Müəllif:Ayşən İmanova\Banco.az

İsveç hökuməti və onu dəstəkləyən İsveç Demokratları partiyası 2024-2026-cı illər üçün Ukraynaya 7,02 milyard dollar məbləğində üç illik hərbi dəstək proqramının formalaşdırılması haqqında razılığa gəliblər.

Banco.az xəbər verir ki, bu barədə İsveç hökumətinin saytında bildirilir.

Məlumata görə, bu vəsaitlər üç il ərzində bərabər paylanacaq, ildə 25 milyard isveç kronu (2,3 milyard dollar) təşkil edəcək.

Yeni təklif nəzərə alınmaqla, İsveçdən Ukraynaya ümumi hərbi və humanitar yardım 100 milyard İsveç kronundan (9,66 milyard avro) çox olacaq. Ukrayna daxilində hərbi dəstək, məsələn, müdafiə avadanlığının ianələri, maliyyə töhfələri və müdafiə avadanlığının alınması üçün maliyyə dəstəyi şəklində ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et