İsveç müdafiə xərclərini artırmağı sürətləndirmək qərarına gəldi | Banco.az

İsveç müdafiə xərclərini artırmağı sürətləndirmək qərarına gəldi

Müəllif - Fərid İslamov - banco.az

 İsveçin Baş naziri Ulf Kristersson mətbuat konfransında bildirib ki, Stokholm əvvəlcədən planlaşdırıldığından daha sürətli şəkildə müdafiə xərclərini artırmağı və bu göstəricini 2030-cu ilə qədər ÜDM-in 3,5%-nə çatdırmağı planlaşdırır, bunu Qərb mediası xəbər verir.

“Dəqiq nə vaxt kifayət edəcəyini söyləmək çətindir. Biz NATO-nun Avropalı üzvlərinin Avropanı qorumaq qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq üçün kifayət qədər yüksək xərclərə nail olmağa çalışırıq,” - deyə o bildirib.

Onun sözlərinə görə, Stokholm əmindir ki, tezliklə NATO rəhbərliyi üzv ölkələrdən müdafiə üçün ÜDM-in 3%-dən 4%-ə qədərini xərcləməyi tələb edəcək və İsveç bu vəzifəni yerinə yetirə biləcək.

Son dörd il ərzində İsveç müdafiə üçün ayırmaları ikiqat artırıb. İndiyə qədər gözlənilirdi ki, İsveç 2025-ci ildə ÜDM-in 2,4%-ni və 2028-ci ildə isə 2,6%-ni hərbi potensialın gücləndirilməsinə sərf edəcək.

2024-cü ilin dekabr ayının sonunda Financial Times mənbələrə istinadən məlumat verib ki, o vaxtki seçilmiş ABŞ prezidenti Donald Trampın komandası NATO-nun Avropalı müttəfiqlərinə müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağın zəruriliyi barədə xəbərdarlıq edib.