İsveç miqrantlara öz ölkələrinə qayıtmaları üçün 34 min dollar ödəyəcək | Banco.az

İsveç miqrantlara öz ölkələrinə qayıtmaları üçün 34 min dollar ödəyəcək

Müəllif:Ayşən İmanova/Banco.az

İsveç hakimiyyəti miqrantları öz ölkələrinə qayıtmağa həvəsləndirmək üçün maliyyə dəstəyinin həcmini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə məlumat İsveç hökumətinin saytında dərc olunub.

İsveç Miqrasiya Xidmətinin portalında yer alan məlumata görə, ödəniş hazırda böyüklər üçün 10 min İsveç kronu (967 dollar), həmçinin hər uşağa 5 min kron (483 dollar) və bütün ailə üçün 40 min krona qədər (təxminən 3,9 min dollar) təşkil edir.

Artımdan sonra müavinətin ölçüsü 2026-cı ilə qədər adambaşına 350 min kron (təxminən 34 min dollar) təşkil edəcək.

Parlamentin miqrasiya siyasəti üzrə nümayəndəsi Lüdviq Asplinqin sözlərinə görə, könüllü qayıdış miqrasiyasının təşviq edilməsi prioritet məsələdir. Eyni zamanda, mövcud qrantın həcminin kəskin artırılması təklifi ondan praktiki olaraq istifadə edilməməsi ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et