İsveç Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

İsveç Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveç Mərkəzi Bankı əsas faiz dərəcəsini dəyişməyərək 1,75 faiz səviyyəsində saxlayıb.

Banco.az xəbər verir ki, “Bloomberg”in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların orta proqnozu da faiz dərəcəsinin 1,5 faiz səviyyəsində saxlanılması idi.

Qərarvericilər yüksək enerji xərclərinin həm inflyasiyanı sürətləndirə, həm də iqtisadi bərpanı ləngidə biləcəyi ilə bağlı xəbərdarlıq edərək bildiriblər ki, iqtisadi fəallıq gözləniləndən zəifdir və daxili inflyasiya təzyiqləri hazırda aşağı səviyyədə qalır.

Pul siyasəti ilə bağlı açıqlamada Yaxın Şərqdəki müharibənin inflyasiyanı artırmaq riskinin müəyyən qədər yüksəldiyi qeyd olunub. Bununla yanaşı, inflyasiyanın hazırda hədəf səviyyədən aşağı olduğu vurğulanaraq “Son göstəricilər mart ayında “Riksbank”ın verdiyi proqnozlardan açıq şəkildə daha aşağıdır” ifadəsinə yer verilib.

Həmçinin bildirilib ki, mövcud faiz səviyyəsi “Riksbank”a inflyasiya hədəfini qorumaq məqsədilə zərurət yaranacağı təqdirdə pul siyasətini tənzimləmək üçün əlverişli başlanğıc mövqeyi yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram