Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveç Mərkəzi Bankı bazar proqnozlarına uyğun olaraq uçot dərəcəsini 25 baza bəndi aşağı salıb.
Banco.az xəbər verir ki, İsveçdə monetar ekspansiya prosesi sürətlənir.
Belə ki, gözlənildiyi kimi uçot dərəcəsini 25 baza bəndi endirən İsveç Mərkəzi Bankı ilin son iki iclasında da faiz endiriminin mümkün ola biləcəyinə işarə edib.
İsveç Mərkəzi Bankı bazar proqnozlarına uyğun olaraq faiz dərəcəsini 25 baza bəndi azaldaraq 3,25 faizə endirib.
Xatırladaq ki, İsveç Mərkəzi Bankı ötən ilin əvvəlindən ölkədə inflyasiyanın yavaşlaması ilə monetar siyasətdə bir qədər sərbəstlik əldə edib. Son aylarda bankın 2 faiz səviyyələrində saxlamağı hədəflədiyi inflyasiya bu hədəfdən də aşağı düşmüşdü.
Bizi sosial şəbəkələrdən izləyin!!