İsveç Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

İsveç Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveç Mərkəzi Bankı faiz dərəcələrini 50 baza bəndi artırıb.

Banco.az xəbər verir ki, İsveç Mərkəzi Bankı (Riksbank) uçot dərəcəsini 50 baza bəndi artıraraq 3 faizdən 3,50 faizə qaldırıb.

Faiz qərarı qiymət artımlarının proqnozları üstələməsindən sonra iqtisadçılar tərəfindən əsasən gözlənilən nəticə idi.

Digər tərəfdən, Riksbank-ın iki rəsmisi bankın faiz dərəcəsini 3,5-ə çatdırmasına etiraz edərək daha cüzi artımın tərəfdarı olublar.

“Bu il inflyasiyanın əsaslı dərəcədə azalması inflyasiya hədəfinə inam baxımından vacibdir. Bunun baş verməsi üçün uçot dərəcəsi daha da artırılmalıdır”, deyə bankın bəyanatında qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et