İsveç elektromobil şirkəti smartfon satışına başlayır | Banco.az

İsveç elektromobil şirkəti smartfon satışına başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçin elektromobil şirkəti “Polestar Motors” smartfon bazarına daxil olur.

Banco.az xəbər verir ki, “Polestar Motors” ilk telefonu üçün Çinin tanınmış istehlakçı elektronikası şirkətlərindən biri olan “Meizu” ilə əməkdaşlıq edəcək.

"Polestar Phone"un “Meizu 21 Pro” ilə oxşar xüsusiyyətlərə sahib olacağı gözlənilir.

Qeyd edək ki, hər iki smartfon “Zhuhai Meizu Technology Co., Ltd” tərəfindən istehsal olunur.

“Polestar” son videosunda ilk smartfon modelinin dizaynını nümayiş etdirib. “Polestar Phone”un təkmil super masaüstü təcrübəsi təklif edəcəyi və telefon ekranını avtomobil ekranına uzatmaq kimi xüsusiyyətləri dəstəkləyəcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Lakin “Polestar Phone”un nə vaxt satışa çıxarılacağı hələ dəqiq deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et